...

Biz tarixi prosesin iştirakçısıyıq, Xəzər qazı Avropaya Gürcüstan vasitəsilə tədarük edilir - Gürcüstanlı nazir

İqtisadiyyat Materials 12 Fevral 2021 08:14 (UTC +04:00)
Biz tarixi prosesin iştirakçısıyıq, Xəzər qazı Avropaya Gürcüstan vasitəsilə tədarük edilir - Gürcüstanlı nazir

Bakı. Trend:

Xəzər dənizindən qazın Gürcüstan vasitəsilə Avropaya tədarükü reallığa çevrilib. Biz hamımız bölgə ölkələrinin çoxəsrlik arzusunun həyata keçdiyi tarixi prosesin iştirakçılarıyıq. Artıq Gürcüstana xeyir gətirən təkcə Cənubi Qafqaz hissəsi fəaliyyət göstərmir, həm də "Şahdəniz" ikinci mərhələsindən sonra TANAP layihəsi, indi isə nəhayət Trans-Adriatik boru kəməri uğurla işə salınıb.

Trend-in məlumatına görə, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, regional layihəyə qatılan ölkələr deyə bilər ki, pandemiyaya baxmayaraq, bütün planlaşdırılan tədbirlər həyata keçirilib.

Nazir bildirib ki, Gürcüstan əhalisi üçün əsas fayda həm də ölkənin enerji müstəqilliyini gücləndirən pulsuz qaz adlanan həcmin artmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti