...

Bölgələrə səfər edən turistlərin sayı artıb - Ekspert

İqtisadiyyat Materials 16 Fevral 2021 13:36 (UTC +04:00)
Bölgələrə səfər edən turistlərin sayı artıb - Ekspert

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bölgələrə istirahət üçün səyahət edənlərin sayında artım müşahidə olunur.

Bunu Trend-ə açıqlamasında turizm üzrə ekspert Rəşad Gəncəliyev bildirib. Onun sözlərinə görə, karantin rejiminin yumşalmasından, rayonlara gediş-gəliş açılandan sonra səfərlər çoxalıb:

“İstər fərdi şəkildə şəxsi avtomobili ilə, istərsə də yerli turizm şirkətlərinin təşkil etdiyi turlarla səyəhət edənlər var. Ancaq yenə də bir sıra məhudidyyətlər qalmaqdadır. Belə ki, bəzi hotellər fəaliyyət göstərmir, bəziləri isə limitlə işləyirlər. Bundan əlavə turları təşkil edən sahibkarlar da məhdud sayda turist qəbul edirlər. Pandemiyaya qədər saya diqqət olunmasa da, hazırda turlar maksimum 7-8 nəfərlik qruplarla təşkil olunur”.

R.Gəncəliyev qeyd edib ki, turlar daha çox şimal bölgələrədir:

“Hazırda mövsümlə əlaqədar olaraq qış turizmi öndə olan istrahət növlərindəndir. Bu səbəbdən şimal rayonlarına səfərlər daha çoxdur. Onlardan Qusar və Qəbələ üstünlük təşkil edir, Şamaxı, Qubaya da gedənlər kifayət qədərdir”.

Ekspert əlavə edib ki, turizm yavaş-yavaş dirçəlsə də, ümumilikdə turizm sektorunda canlanmadan danışmaq hələ tezdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti