...

Ukraynadan idxal edilən soğan yararsız çıxdı

İqtisadiyyat Materials 22 Fevral 2021 11:59 (UTC +04:00)
Ukraynadan idxal edilən soğan yararsız çıxdı

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ukraynada “ALİKEND” özəl müəssisəsi tərəfindən istehsal olunan və "İMPORT TRADE AZ" MMC tərəfindən ölkəmizə idxal edilən 20.51 ton soğan məhsulu partiyasına Agentliyin müfəttişləri baxış keçirib.

Agentlikdən Trend-ə verilən məlumata görə, baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində nitratın kütlə payının texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı aşkar olunub.

Agentlik tərəfindən istehlaka yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti