“İqtisadi Azadlıq İndeksi 2021” hesabatına görə Azərbaycan 6 pillə irəliləyib

“İqtisadi Azadlıq İndeksi 2021” hesabatına görə Azərbaycan 6 pillə irəliləyib

Bakı. Trend:

Dünyanın ən böyük beyin mərkəzlərindən bir olan İrs Fondu tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında Azərbaycan 6 pillə irəliləyərək 172 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Azərbaycan bu il dünya üzrə orta göstəricidən yuxarı və Avropa ölkələri səviyyəsində nəticə göstərib. İndeksin nəticələrinə əsasən ən yaxşı nəticə göstərən ölkələr Sinqapur, Yeni Zelandiya və Avstraliyadır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibov Trend-ə bildirib ki, Azərbaycan indeksin nəticələrinə əsasən Avropa regionunda 45 ölkə arasında 23-cü yerdə qərarlaşıb. Bundan əlavə, sözügedən hesabatın nəticələrinə əsasən Azərbaycan Polşa, İspaniya, Sloveniya, Fransa, İtaliya və bu kimi inkişaf etmiş ölkələri qabaqlamaqlayıb. İqtisadi azadlığın inkişafı ilə insan kapitalının inkişafı arasında sıx əlaqə mövcuddur və Azərbaycan İqtisadi Azadlıq İndeksi üzrə ən çox irəliləyən ölkələr sırasındadır. Bu yüksəlişə isə əsas etibarı ilə bank, əmlak, monetar, vergi, fiskal və digər istiqamətlərdə qeydə alınan inkişaf trendləri ilə nail olunub.

Azərbaycan öz göstəricilərini 0,8 bənd artırmaqla 70.1 bal əldə etməyə nail olub ki, bu da ölkəyə “mülayim azad iqtisadiyyat ölkələri” qrupundan “əsasən azad iqtisadiyyat ölkələri” qrupuna keçməyə imkan verib. 2021-ci il hesabatında “Qanunun aliliyi” indikatoru üzrə əmlakın qeydiyyatı, kreditlərin əldə olunması, minoritarların hüquqlarının müdafiəsi, müqavilələrin icrası kimi sahələrdə inkişaf tendensiyaları qeydə alınıb.

Hesabatda “Dövlətin ölçüsü” indikatorunun hər üç alt-indikatoru - “Vergi yükü”, “Dövlət xərcləri”, “Fiskal sağlamlıq” üzrə, “İdarəetmənin səmərəliliyi” indikatorunun isə “Monetar azadlıq” alt-indikatoru üzrə irəliləyişlər müşahidə olunub.

A.Müseyibov qeyd edir ki, indeksin metodologiyasına əsasən iqtisadi azadlıq siyasətini həyata keçirən ölkələr ticarət və sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradır və bu da öz növbəsində iqtisadi artıma və ictimai rifahın yüksəlməsinə töhfə verir. “İqtisadi Azadlıq İndeksi” “Qanunun aliliyi”, “İdarəetmənin səmərəliliyi”, “Dövlətin ölçüsü”, “Bazarın əlçatanlığı” kimi əsas indikatorlar və onların alt-indikatorları daxil olmaqla ümumilikdə 12 göstərici əsasında iqtisadi azadlığa təsir amillərini cəmləyərək vahid bal və reytinq ilə qiymətləndirir. Hər bir göstərici üzrə ölkələrə 0-100 arası bal verilir. Ölkə nə qədər çox bal alsa, deməli, iqtisadi azadlıq səviyyəsi də bir o qədər yüksəkdir. Beləliklə, "tamamilə sərbəst" iqtisadiyyat 100 bal ilə qiymətləndirilirsə, prinsip etibarilə fundamental azadlıqların olmaması, müvafiq olaraq 0 balla qiymətləndirilir. Yekun hesabatda təqdim olunan bütün dünya ölkələri reytinqlərinə uyğun olaraq 5 şərti qrupa bölünür:

  • İqtisadiyyatı sərbəst olan ölkələr (80-100 bal);
  • İqtisadiyyatı əsasən azad olan ölkələr (70-79.9 bala);
  • İqtisadiyyatı orta dərəcədə azad olan ölkələr (60-69.9 bal);
  • İqtisadiyyatı əsasən azad olmayan ölkələr (50-59.9 bal);
  • İqtisadiyyatı azad olmayan olan ölkələr (0-49.9 baldan az).

İrs Fondunun açıqladığı “İqtisadi Azadlıq İndeksi” dünya ölkələrində baş verən dəyişikliklərin izlənilməsi məqsədilə strateji xəritə rolunu oynayan beynəlxalq hesabatlardan biridir. Bu indeksin nəticələri yalnız elmi araşdırma baxımından deyil, eyni zamanda xüsusilə inkişaf etməkdə olan ölkələrə investorların maraqlarını nəzərə almaqla, onlar üçün ölkənin iqtisadi azadlıq faktoruna təsir edən amillər üzrə baş verən dəyişikliklər baxımından da əhəmiyyətli məlumat mənbəyidir.

Dövlət Xidməti sahibkarlara tenderlərlə bağlı müraciət edib
Dövlət Xidməti sahibkarlara tenderlərlə bağlı müraciət edib
AZAL elektrik mallarının satınalınması üçün açıq tender elan edir
AZAL elektrik mallarının satınalınması üçün açıq tender elan edir
AZAL yol boyasının satınalınması üçün tender elan edir
AZAL yol boyasının satınalınması üçün tender elan edir
Loading Bars
Xəbər lenti
İran Azərbaycanla preferensial ticarət müzakirələrini davam etdirir
Ermənistanda hərbi xidmət üçün yaş həddi artırılıb
Xaçmazda mağazadan oğurluğa cəhd edən dəstə yaxalandı
Neftçalada su qıtlığını aradan qaldırmaq üçün yeni layihə icra olunacaq
Daha bir vəzifəli şəxs rüşvət alarkən yaxalandı
QHT-lərə Dövlət Dəstəyi Agentliyi publik hüquqi şəxs yaradılıb - Fərman
Şanlı qəhrəmanlıq salnaməsi
Şamaxıda ilk dəfə çörəkotu əkininə başlanıb (FOTO)
Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Saatlıda yas mərasimi dayandırılıb
İrəvanın yeganə nicat yolu Bakı və Ankaradan keçir - Deputat
Azərbaycan Dillər Universitetində Çin dili günü qeyd olunub
Bakı Limanının yük dövriyyəsi artıb
Qusarda əkin sahələrinin suvarılması üçün işlər görülür
Qarabağda Belarus aqroşəhərciklərinin tikintisi nəzərdə tutulur
Ötən gün 23 yanğın olub, 1 nəfərin meyiti çıxarılıb - Əməliyyat görüntüləri (VİDEO)
Düşmən elə tələlər qurub ki, bəzən minatəmizləyənlər də ağır yaralanır – Trend TV-nin REPORTAJI
Türkiyənin yeni səfiri Azərbaycana gəlir (FOTO)
“ƏDV geri al” çərçivəsində istehlakçılara 60,2 milyon manat geri qaytarılıb
Rusiyada peyvənddən sonra anticisimləri müəyyənləşdirən ekspres test hazırlanıb
Cəlilabadda yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb
Göyçayda əməliyyat - Rüşvət alan vəzifəli şəxslər həbs edildi
"Din və ideoloji təhlükəsizlik" kitabının online təqdimatı keçirilir
Ağcabədi-Xocavənd yolunda işlər yekunlaşmaq üzrədir (FOTO)
Daha 146 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb
Sabah Milli Məclidə komitələrin birgə iclası keçiriləcək
Azərbaycanda qızıl bahalaşır
İstirahət günləri evdən çıxan daha 9 koronavirus xəstəsi saxlanıldı
Bakıda ən çox yoluxma bu rayonlarda olub
Kürün bir hissəsində təmizləmə işləri aparılıb (FOTO)
Ölkə üzrə COVID-19-a yoluxma STATİSTİKASI
Yelo Bank hesabat dövrünü 5.7 milyon xalis mənfəətlə başa vurub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Prezident İlham Əliyev yenidən qurulan “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışını edib (FOTO) (YENİLƏNİB)
Füzuli rayonunun Sərdarlı kəndi (VİDEO)
Kapital Bank biznes və sahibkarlar üçün 24/7 fəaliyyət göstərən özünəxidmət sahəsi yaradıb
Aprelin 19-da xarici valyutaların manata qarşı məzənnələri
Xocalı polisi reyd keçirib (FOTO)
Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb (FOTO)
Martda 1200-ə yaxın sahibkar təlimlərdən və məsləhət xidmətlərindən faydalanıb
Bakıda 11 marşrut xətti üzrə avtobuslar gecikir (FOTO)
Hindistanda koronavirusa yoluxanların sayı 15 milyonu ötüb
Bakıda mənzildən kişi meyiti tapılıb
Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb (FOTO)
Yevlaxda ikimərtəbəli ərzaq mağazası yanıb
Braziliyada ötən sutka koronavirusdan 1 657 nəfər ölüb
COVID-19 pandemiyası əməkdaşlıq üçün yeni imkanlar yaradıb - Latviya səfirinin müşaviri
Qazaxıstanda son sutkada koronavirusa 2 179 nəfər yoluxub
Bayden amerikalıları təcili koronavirusa qarşı peyvəndlənməyə çağırıb
İsraildə aktiv koronavirus xəstələrinin sayı 2 239 nəfərə düşüb
Helsinkidə məhdudiyyətlərə qarşı etiraz aksiyası keçirilib, saxlanılanlar var
FİFA yeni Super Liqanın yaradılmasına qarşı çıxıb
Misirdə qatarın relsdən çıxması nəticəsində 11 nəfər ölüb, 98 nəfər yaralanıb
Afrikada koronavirusa yoluxanların sayı 4,42 milyonu ötüb
Avropanın 12 top klubu futbol üzrə yeni Super Liqanın yaradıldığını elan edib
UEFA bu gün AVRO-2020 oyunlarına ev sahibliyi edəcək şəhərləri təsdiq edəcək
Rusiya XİN 20 çexiyalı diplomatı "persona non-qrata" elan edib
Parataekvondoçularımız Özbəkistanda təlim-məşq toplanışında iştirak edəcəklər
Türkiyədə son sutkada koronavirusdan 43 856 nəfər sağalıb
Heydər Əliyev prospektində qəza olub (FOTO)
Üzgüçülərimiz hazırlıq mərhələsində yaxşı nəticələr göstəriblər
Dünyada koronavirusa yoluxanların sayı 140 milyonu ötüb
İraqda hərbi baza raket hücumuna məruz qalıb
Cüdoçularımız Avropa çempionatını iki bürünc medalla başa vurublar
Türkiyə sahillərində 4,2 bal gücündə zəlzələ olub
İki paraatletimiz İtaliyada qızıl medal qazandı
Britaniyada koronavirusa yoluxanların sayı 4,38 milyon nəfəri ötüb
Myanmada toqquşmalarda ölənlərin sayı 737-ə çatıb
Futbol üzrə İtaliya çempionatı: "Atalanta" "Yuventus"a qalib gəldi
“YAŞAT” Fondunun əməkdaşları respublika üzrə 2 min 881 şəhid ailəsini ziyarət ediblər
Tayvanda iki güclü zəlzələ baş verib
Bakıda ikimərtəbəli ev yanıb
Misirdə qatar qəzasında 100-ə yaxın sərnişin xəsarət alıb
Formula-1 Qran Prisinin Mayamidə keçiriləcəyi razılaşdırıldı
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
NASA helikopterinin Marsda ilk uçuşu aprelin 19-na planlaşdırılıb
Azərbaycanda 2 144 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib
Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Qarabağa aid sənədli film istehsal olunub (FOTO)
Ombudsman Səbinə Əliyeva 3-cü “Fərqli Fərdlər” Konqresində iştirak edib (FOTO)
İsmayıllıda COVİD-19 xəstəsi bazarda aşkarlanıb
Suriya prezident seçkilərinin vaxtını təyin edildi
Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib
Adobe şirkətinin təsisçisi və PDF formatının yaradıcısı Çarlz Geşke vəfat edib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyyətinin zoom vasitəsilə XIX toplantısı keçirilib
İranda koronavirusa yoluxanların sayı 2,2 milyona çatıb
Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
Rusiyada son sutkada koronavirusdan 389 nəfər ölüb
Çexiya 18 rus diplomatının ölkədən çıxarır
Ağdam rayonunun Saybalı kəndi (VİDEO)
Gürcüstanda koronavirusa daha 818 nəfər yoluxub, 793 nəfər ölüb
ABŞ-da naməlum şəxs yas mərasimində atəş açıb, ölən var
Sabahın hava proqnozu açıqlanıb
Ağdamda minaya düşən şəxslə bağlı araşdırma aparılır
İranda güclü zəlzələ qeydə alınıb
Xızı rayonunda sursat aşkar edilib (FOTO)
Qubadlı rayonunun Tarovlu kəndi (VİDEO)
Azərbaycan XİN 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb
Ağdam sakini minaya düşüb (FOTO)
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib
Cüdo üzrə Avropa çempionatı: 4 idmançımız mübarizəyə başlayır
Bütün xəbərlər