...

Cəbrayıl rayonunda əkinə start verilib

İqtisadiyyat Materials 19 Mart 2021 13:34 (UTC +04:00)
Cəbrayıl rayonunda əkinə start verilib

Trend-i buradan izləyin

Bakı. Ceyhun Ələkbərov - Trend:

İşğaldan azad olunmuş Cəbrayıl rayonunda əkin proseslərinə start verilib.

Trend-in məlumatına görə, əkin prosesi ötən gündən başlayıb. Rayonun Soltanlı kəndi ərazisində şum işləri başa çatdırılıb və burada korunğa adlı yem bitkisi əkiləcək.

Bu bitki Türkiyədə heyvandarlıq sahəsində geniş istifadə olunur. Korunğa xüsusən suvarılmayan sahələrdə əkilir və çox yüksək məhsuldarlığı var.

Soltanlı ərazisində sözügedən bitkinin 27 hektar sahədə əkilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti