...

Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası təsdiq edildi

İqtisadiyyat Materials 8 Aprel 2021 15:38 (UTC +04:00)
Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası təsdiq edildi

Bakı. Trend:

Nazirlər Kabinetinin 89 №-li Qərarına dair izah verilib.

Kabinetdən Trend-ə bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi məqsədilə onun xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilir.

Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi onun il ərzində vəzifəsinin öhdəsindən gəlməsini, tutduğu vəzifəyə dair tələblərin yerinə yetirilməsini qiymətləndirməkdən, onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə edilməsi, dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması və işçinin gələcək inkişafını müəyyən etməkdən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti