...

Azərbaycan Rusiyadan beynəlxalq pul köçürmələri üzrə I rübdə lider olub

İqtisadiyyat Materials 10 May 2021 04:25 (UTC +04:00)

Bakı. Trend:

2021-ci ilin birinci rübünün yekunlarına əsasən Rusiyadan beynəlxalq pul köçürmələri üzrə lider Azərbaycan olub. Ötən ilin anoloji dövründə liderlik Qazaxıstanda olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "Russkiy standart" bankının araşdırmasında deyilir.

Məlumata əsasən, Azərbaycana bir köçürmənin orta qəbzi 11,56 min rubl təşkil edib.

Beynəlxalq pul köçürmələri üzrə ikinci yerdə Belarus (bir köçürmənin orta qəbzi 10,077 min rubl), üçüncü yerdə Qazaxıstan (22,54 min rubl), dördüncü yerdə İspaniya (18,563 min rubl, beşinci yerdə isə Moldova (13, 585 min rubl) qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti