Ukrayna-Azərbaycan İşgüzar Şurası yaradılıb (FOTO)

Ukrayna-Azərbaycan İşgüzar Şurası yaradılıb (FOTO)

Bakı. Trend:

Azərbaycan və Ukrayna arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələri, iş adamları arasında əməkdaşlığı daha da genişləndirmək məqsədilə Ukrayna-Azərbaycan İşgüzar Şurası yaradıldı. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesi İnkişafı Agentliyi (KOBİA) və Ukraynanın Ticarət və Sənaye Palatasının təşəbbüsü ilə yaradılmış şurada iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 70-dən çox iş adamı və dövlət qurumlarının nümayəndələri təmsil olunur.

KOBİA-dan Trend-ə bildirilib ki, iyunun 24-də Ukrayna-Azərbaycan İşgüzar Şurasının yaradılması haqqında KOBİA və Ukraynanın Ticarət və Sənaye Palatası arasında Saziş imzalanıb və Şuranın ilk iclası keçirilib. İşgüzar Şuranın yaradılması haqqında sazişi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov imzalayıblar.

KOBİA-nın təşkilatçılığı ilə keçirilmiş iclasda hər iki ölkənin dövlət qurumlarının nümayəndələri, diplomatlar və iş adamları iştirak ediblər.

İclasda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Ukrayna-Azərbaycan İşgüzar Şurası ölkələrimizin işgüzar dairələri arasında səmərəli dialoqun davam etdirilməsi, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın daha da inkişafı məqsədilə yaradılıb. “İnanırıq ki, şurada təmsil olunan iştirakçıların sayı daha da artacaq və bu, Azərbaycan ilə Ukrayna arasında ticarət əlaqələrinə öz müsbət təsirini göstərəcək. KOBİA dəstək və xidmətləri çərçivəsində yeni əməkdaşlıq platformasının inkişafına, burada təmsil olunan iş adamlarına zəruri dəstəyi göstərəcəkdir”.

Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov bildirib ki, Ukrayna-Azərbaycan İşgüzar Şurası kimi əməkdaşlıq platformaları iş adamları arasında səmərəli müzakirələrin aparılması, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi üçün yeni mexanizmlərin tətbiqi baxımından əlverişlidir.

Ukrayna Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla davam etdiyini, İşgüzar Şuranın yaradılmasının yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi, ticarət, investsiya və digər sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli olacağını vurğulayıb.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev, "Ukrayna Ticarət Evi”nin baş direktoru Əlibala Məhərrəmzadə işgüzar şuranın hər iki ölkənin işgüzar dairələri arasında mövcud əlaqələrin inkişafına öz müsbət töhfəsini verəcəyini qeyd ediblər.

Tədbir çərçivəsində həmçinin, AZPROMO ilə Ukraynanın Xarici İşlər Nazirliyi yanında İxracatçılar və İnvestorlar Şurası arasında əməkdaşlığa dair Memorandum, Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyası ilə Ukraynanın Poltava Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında razılaşma sənədi imzalanıb.

Ukrayna-Azərbaycan İşgüzar Şurasına Azərbaycan tərəfdən "Baku Business Group" MMC-nin direktoru Anar Quliyev, Ukrayna tərəfindən isə “Bratslav" şirkətlər qrupunun təsisçisi Petr Mixayenko sədrlik edəcəklər.

İclas iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

Bezos dünyanın ən varlı insanı statusunu itirdi
Bezos dünyanın ən varlı insanı statusunu itirdi
Tokio Olimpiadasında koronavirusa yeni yoluxma halları qeydə alınıb
Tokio Olimpiadasında koronavirusa yeni yoluxma halları qeydə alınıb
İsrail polisi ilə toqquşmalarda 270 fələstinli xəsarət alıb
İsrail polisi ilə toqquşmalarda 270 fələstinli xəsarət alıb
Loading Bars
Xəbər lenti
Azərbaycanda mehmanxanalardan əsasən bu ölkələrin vətəndaşları istifadə edib
Hacıqabulda saxlanılan şəxslərdən "patı" və heroin aşkarlandı (FOTO)
Ermənistanın yaydığı dezinformasiyalar itkilərini erməni cəmiyyətinin gözündə pərdələməyə hesablanıb - Ekspert
Şirvanda növbəti narkotik əməliyyatı: Daha beş nəfər narkotiklərlə tutuldu (FOTO)
Bakıda 2 otaqlı mənzil yanıb
"Tokio-2020": Boksçumuz Cavid Çələbiyev mübarizəni dayandırıb
Olimpiya Oyunlarında qızıl medal qazanaraq "İnstagram"da məşhur oldu
Gömrükdə qanunsuz keçirməyə cəhd zamanı saxlanılan pulların aqibəti necə olur? - AÇIQLAMA
Bezos dünyanın ən varlı insanı statusunu itirdi
Tokio Olimpiadasında koronavirusa yeni yoluxma halları qeydə alınıb
İsrail polisi ilə toqquşmalarda 270 fələstinli xəsarət alıb
Britaniyalı triatlonçular qarışıq estafetdə ilk Olimpiya çempionu oldular
İraqda neft emalı müəssisəsi raket hücumuna məruz qalıb
İsraildə aktiv koronavirus xəstələrinin sayı 16 mini ötüb
İraqda silahlı hücum nəticəsində 7 nəfər ölüb
Peruda 6,2 bal gücündə zəlzələ olub
Azərbaycan yanğınsöndürənləri Türkiyəyə çatıblar (FOTO)
Berlində atışma olub, 4 nəfər yaralanıb
Türkiyədə son sutkada koronavirusdan 5 752 nəfər sağalıb
Yaxın zamanlarda "ROSEKSİMBANK"ın Azərbaycanda nümayəndəliyinin açılması məsələsi nəzərdən keçirilmir - Sədr
Samuxda toy qaydalarını pozanlar məsuliyyətə cəlb olunub (FOTO)
Ərəb koalisiyası husilərin PUA-sını məhv edib
Türkiyədə 81 meşə yanğınından 70-i lokallaşdırlıb
Azercell-dən Türkiyədəki abunəçilərinə dəstək!
Britaniyada koronavirusa yoluxanların sayı 5,83 milyonu ötdü
Güləşçilərimiz Tokioda məşqlərə başladı
USAID Azərbaycanda qadın sahibkarlığının inkişafına həsr olunmuş dəyirmi masa təşkil edib (FOTO)
Azərbaycanın 187 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib
Daxili İşlər Nazirliyi meşə yanğınlarının eyni vaxtda başlamasının səbəbini araşdırır - Ərdoğan
CBC teleradio şirkətində kadr islahatları aparılıb
Azərbaycanın dünya ölkələrinə peyk telekommunikasiya xidmətlərinin dəyəri məlum olub
Azərbaycanda mehmanxanaların gəlirləri açıqlanıb
AHİK İcraiyyə Komitəsi beynəlxalq təşkilatlara müraciət qəbul edib
Ceyhun Bayramov ölkəmizin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb (FOTO)
Ermənilərin bütün ideologiyası nifrət, saxta tarix yaratmaq üzərində qurulub - Fərəh Əliyeva
İdarələrarası Mərkəzin üç İşçi qrupunun Hadrutda birgə iclası keçirilib (FOTO)
Yoxlama zamanı 693,5 min manat artıq və əsassız ödənişlər aşkar edilib
Saatlı sakinindən "patı" götürülüb
Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır - Sahibə Qafarova
76 vəzifəli şəxs 54,4 min manat məbləğində cərimələnib
Dənizdə batan şəxsin meyiti tapılıb
Azərbaycan güləşçiləri Tokioda məşqlərə başlayıblar
ADU-nun Konfutsi İnstitutunda Çin və Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edilib (FOTO)
ADA Universiteti və “Təmiz Şəhər” ASC şagirdlər üçün “Yay məktəbi” təşkil edib (FOTO)
Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Diaspor Komitəsində olub
FHN-in dəstək qüvvələri Türkiyəyə yola salınıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Fransız jurnalistlər Qarabağda ermənilərin törətdikləri vandalizmdən dəhşətə gəliblər (FOTO)
Azərbaycan parlamenti ilə Pakistan Milli Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)
TuranBank “YAŞAT” düşərgəsinə dəstək oldu (FOTO)
“Nar Wi-Fi” ilə sən harada, internet orada!
Dövlət Maliyyə Nəzarəti Xidməti I yarımil üzrə aparılan yoxlamalara dair hesabat yayıb
Tibbi tullantılar və onların daşınması sahəsində ciddi problem var - Yaqut Qarayeva
Hesab.az-dan Visa kart sahiblərinə özəl kampaniya uğurla yekunlaşdı!
“PAŞA Həyat” 2021-ci il üzrə II rübün maliyyə nəticələrini açıqladı
Avqustun 2-nə USD/AZN rəsmi məzənnəsi
Heydər Əliyev Mərkəzində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib (FOTO)
Deputat Eldəniz Səlimovun polisi döyməsi ilə bağlı cinayət işi açılıb
"Hepatit B" və "Hepatit C"yə yoluxma halları artır - Yaqut Qarayeva
İstanbulda meşə sahələrinə giriş qadağan edildi
Məişət tullantılarının idarə edilməsində köklü dəyişikliklərə ehtiyac var - Hikmət Əlizadə
Ağdam rayonunun Şuraabad kəndi (VİDEO)
Ən yeni tarixin yeni romanı
Türkiyədə yanğınlar, son vəziyyət, Azərbaycanın qardaş ölkəyə dəstəyi - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Gəncə sakinlərindən “patı” götürülüb (FOTO)
Şuşanın Baş planının detalları açıqlanıb
“Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri başa çatıb (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 668 nəfər COVID-19-a yoluxub, 178 nəfər sağalıb
Masallıda gecə saatlarında avtoxuliqanlıq edən şəxs həbs edilib (FOTO)
Narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 3 nəfər saxlanılıb (FOTO/VİDEO)
Vətən müharibəsində yaralanmış 1053 qaziyə əlillik və müvafiq sosial ödənişlər təyin edilib
"YAŞAT" düşərgəsində "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib (FOTO)
ADNSU-nun rektoru Strasburq universitetində təhsillərini davam etdirəcək tələbələrlə görüşüb (FOTO)
Taleh Tahirli: Məsafədən satış potensialımızla çox iddialıyıq
Türkiyə səfiri dəstəyə görə Azərbaycana təşəkkür etdi
Vüqar Səfərlinin məhkəməsi təxirə salınıb
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələri Şuşada (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Türkiyə xalqının kədəri bizim kədərimizdir (FOTO)
Saatlıda iki toy məclisində pandemiya qaydalarının pozulduğu aşkarlanıb (FOTO)
Gömrükdən külli miqdarda zinət əşyası keçirmək istəyən şəxs saxlanılıb
İsmayıllıda yol tikintisi üçün 5,6 milyon manat ayrılıb - SƏRƏNCAM
Gəncədə toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb (FOTO)
Ən qısa zamanda qüvvələr Türkiyəyə yola düşəcək - FHN
Tokio-2020: Azərbaycan boksçusu yarımfinalda
“AccessBank” tender elan edir
Samuxda fermada 31 yaşlı kişini öldürən şəxs tutulub
Xarici vətəndaşların bank kartları ilə Azərbaycanda xərclədiyi pulun məbləği məlum olub
İranda ötən sutka 270 nəfər koronavirusdan ölüb
General Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Dövlət Neft Fondu hərraclarının 87 faizində təklif tələbi üstələyib - Elman Rüstəmov
Sumqayıtda tullantılar poliqonuna cavabdeh şəxs cəzalandırılıb
Azərbaycanda pul bazası 5,6 faiz artıb - Mərkəzi Bank
Xaçmazda şadlıq evində qayda pozuntusu aşkarlanıb
Strateji valyuta ehtiyatlarımız ölkəmizin iqtisadi təhlükəsizliyi üçün güclü zəmin yaradır - Deputat
Xarici şirkətlər Azərbaycandan ən çox bu məhsulları sifariş edir
Xaçmazda qadını öldürən şəxs tutulub
İşğaldan azad edilmiş nə qədər ərazi minalardan təmizlənib?
Əcnəbidən 7 kiloqramdan artıq heroin alan narkotacir saxlanıldı (FOTO/VİDEO)
Tokio-2020: Azərbaycana ilk medalı qadın idmançımız qazandırdı
Ali təhsilin əsas missiyası - DƏYƏR
Bütün xəbərlər