...

Azərbaycan neftinin qiyməti 78 dolları ötüb

İqtisadiyyat Materials 6 İyul 2021 11:13 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti 78 dolları ötüb

Bakı. Zeyni Cəfərov - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 5-də 78,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,86 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 77,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,85 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 74,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,91 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 78,39 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,77 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti