...

Sosial sığorta haqları üzrə daxilolmalar artıb

İqtisadiyyat Materials 12 İyul 2021 17:54 (UTC +04:00)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2021-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrünə nisbətən 2,21% (57 mln. manat) artaraq 2 mlrd. 614,2 mln. manat təşkil edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, DSMF gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar isə 7,88% (134,12 mln. manat) artaraq 1 mlrd. 836,85 mln. manat olub.

Daxilolmalara dair illik proqnoz büdcə təşkilatları üzrə 104,54%, qeyri-büdcə sektoru üzrə 114,42% icra edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti