...

Təkrar qarğıdalı əkininə görə hər hektara 86 manat subsidiya veriləcək (FOTO)

İqtisadiyyat Materials 13 İyul 2021 16:27 (UTC +04:00)
Təkrar qarğıdalı əkininə görə hər hektara 86 manat subsidiya veriləcək (FOTO)

Bakı. Samir Əli - Trend:

Ölkədə təkrar qarğıdalı əkini aparan fermerlərə hər hektara görə 86 manat subsidiya veriləcək.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, bu, fermerlərə bir ildə ikinci dəfə subsidiya almaq imkanının tanınması deməkdir: "Bu, Aqrar Subsidiya Şurasının qərarına əsasən təstiqlənib. Azərbaycanda məhsul yığımından sonra təkrar əkinlərin aparılması ənənələri genişlənir. Fermerlər faraş tərəvəz yığımı və taxıl biçinindən sonra payızlıq əkinlərə qədər ikinci məhsul əkini həyata keçirirlər. Təkrar əkinlər üçün əksər hallarda qarğıdalı bitkisinə üstünlük verilir.

Qarğıdalı əsasən arpa biçinindən sonra təkrar əkin üçün istifadə olunur. Bu il isə təkrar əkinlərə dövlət dəstəyinin miqyası genişlənib.

Təkrar əkinlərin həm məhsul artımı, həm də fermerlərin gəlirlərinin artması baxımından böyük əhəmiyyəti var. Bu sahəyə dövlət dəstəyinin artması fermerlərə ildə iki dəfə məhsul götürmək və torpaq resurslarından maksimum, səmərəli istifadə etmək imkanı verir. Təkrar qarğıdalı əkini həm də heyvandarlğın yem bazasının yaxşılaşdırılması baxımından əhəmiyyət kəsb edir".

Nazirlikdən bildiriblər ki, fermerlər təkrar əkinlərə görə subsidiya almaq üçün öz əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməlidir. Subsidiya üçün elektron müraciətlərin müddəti avqustun 31-də başa çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti