...

Şadlıq saraylarında qiymətlər bahalaşıb? - SORĞU

İqtisadiyyat Materials 6 Oktyabr 2021 11:45 (UTC +04:00)
Şadlıq saraylarında qiymətlər bahalaşıb? - SORĞU

Bakı. Fərid Zöhrabov - Trend:

Azərbaycanda məhərrəm ayı avqustun 10-dan başlamışdı. Həmin tarixdən 60 gün keçir. Vətəndaşlarımız, yəqin ki, həmişə olduğu kimi şadlıq mərasimləri keçirməməyə buna riayət etməyə çalışırdılar. Bu zaman kəsiyi sabah bitir,ölkədə toy mövsümü yenidən başlayır.

Lakin qarşıdakı aylarda toy etmək istəyənlərin bir çoxu qiymətlərdən narazıdır. Onların bildirdiyinə görə, bəzi şadlıq sarayları qiymətləri adambaşına 10 manat bahalaşdırıb. Bu da toy sahibinin 2000-3000 min manat əlavə xərcə düşməsi deməkdir.

Trend mövcud qiymətləri, həm də yeni mövsümdə sifarişlərin sayının çox olub-olmadığını öyrənmək üçün paytaxtda yerləşən bir neçə şadlıq sarayı arasında sorğu keçirib.

"Şahənşah" şadlıq sarayından Trend-ə bildirilib ki, pandemiyadan əvvəl restoranda üç növ menyu olub: "Menyudan aslı olaraq qiymətlər 40-50-60 manat arasında dəyişirdi. Operativ Qərargahın qərarına görə, iyulun 1-dən toylara 150 nəfərdən artıq şəxs buraxılmadığından qiymətlərdə də 5-10 manat artım oldu. Məhərrəmlikdən sonra isə restoranımızda toy sifarişləri çox azdır".

"Planet" şadlıq sarayından isə qeyd olunub ki, qiymətlər adambaşına 30 manatdan başlayır: "Müştərinin istəyinə görə menyu qiymətləri dəyişir". Şadlıq sarayından bildirdilər ki, məhərrəmlikdən sonrakı günləri üçün toy sifarişləri azdır.

Azərbaycanda toy etmək üçün nə qədər pul lazımdır? - QİYMƏTLƏR

Azərbaycanda toy etmək üçün nə qədər pul lazımdır? - QİYMƏTLƏR

"Aysun" şadlıq sarayının administratoru isə qeyd edir ki, qiymətdə artım yoxdur: "Qiymətlər adambaşına 35-50 manat arası dəyişir. Toylara icazə veriləndə sifarişlərimiz çox idi. Lakin məhərrəmlikdən sonrakı günlər üçün toy sifarişləri azdır."

Qeyd edək ki, Nazirlər Kabineti 2021-ci il iyulun 1-dən pandemiya şərtləri nəzərə alınmaqla şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar verib. Qərara əsasən şənlik mərasimləri 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil oluna bilər. Yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd olduğu halda icazə verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti