...

“Azərsu” abonentlərinin sayı 3,5 faiz artıb

İqtisadiyyat Materials 8 Oktyabr 2021 14:44 (UTC +04:00)
“Azərsu” abonentlərinin sayı 3,5 faiz artıb

Bakı. Trend:

2021-ci ilin yanvar-sentyabr aylarında “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) abonentlərinin sayı 55709 və ya 3,5 faiz artıb.

ASC-dən Trend-ə verilən məlumata görə, 1 oktyabr 2021-ci il tarixinə ölkə üzrə 1663320 abonent su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. Abonentlərin 1598908-i və ya 96,1 faizini əhali, 64412-i və ya 3,9 faizini isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir. Hesabat dövründə əhali qrupu abunəçilərinin sayı 53431 və ya 3,5 faiz, qeyri-əhali qrupu abunəçilərinin sayı isə 53431 və ya 3,7 faiz artıb.

9 ay ərzində abonent sayında artım əsasən yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələrinə qoşulması, yeni tikilmiş fərdi yaşayış evləri sahiblərinin texniki şərt alaraq abonent kimi qeydiyyata düşməsi, həmçinin içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.

1 oktyabr 2021-ci il tarixinə “Azərsu” ASC abonentlərinin 86,9 faizi sayğacla təmin olunub.

Hazırda əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 86,7 faiz, qeyri-əhali qrupu üzrə isə 94,4 faiz təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti