...

Türkiyə Zəngilana aqropark üçün avadanlıq göndərir

İqtisadiyyat Materials 25 Oktyabr 2021 12:42 (UTC +04:00)
Türkiyə Zəngilana aqropark üçün avadanlıq göndərir

Trend-i buradan izləyin

Bakı. Orxan Nəbiyev - Trend

İşğaldan azad edilmiş Zəngilan rayonunda kənd təsərrüfatının inkişaf etdirilməsində Azərbaycanla Türkiyənin birgə işləri davam edir.

Rayonun Ağalı kəndində yaradılan “ağıllı kənd” layihəsi çərçivəsində Türkiyə şirkətlərinin də iştirak etdiyi aqroparkın yaradılması da nəzərdə tutulur. Aqropark ərazisində əkin sahələri, istixanalar, meyvə bağları, iribuynuzlu mal-qara ferması yer alacaq.

Trend-in “Anadolu” agentliyinə istinadən məlumatına görə, Aydın vilayətində fəaliyyət göstərən “Efe Ziraat Aletleri” şirkəti aqropark üçün iş texnikası və avadanlıqlar göndərməyə başlayıb.

Şirkətin sahibi Mehmet Akkın öz açıqlamasında builki ixracatda Azərbaycanın geniş paya malik olduğunu bildirib:

“Şirkət beş il əvvəl Türkiyə hüdudlarından kənara ixracata başlayıb. Hazırda aralarında Almaniya, Fransa və İtaliyanın da olduğu 40 ölkəyə ixrac həyata keçirilir. Azərbaycanın azad etdiyi ərazilər isə bizim şirkətin işini daha da sürətləndirdi. Biz Azərbaycana ixrac həcmini 10 dəfə artırdıq. Bu il 800 min dollarlıq məhsulu Azərbaycana göndəririk”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti