...

Mərkəzi Bank məzənnənin süni şəkildə sabit saxlanması barədə məlumatları təkzib edib

İqtisadiyyat Materials 29 Oktyabr 2021 12:33 (UTC +04:00)

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsinin stabil səviyyədə süni şəkildə saxlanması barədə məlumatları təkzib edib.

Trend-in məlumatına görə, Bankın İdarə heyətinin sədri Elman Rüstəmov mətbuat konfransında bildirib ki, bununla bağlı fikirlər həqiqəti əks etdirmir:

"Mərkəzi Bank Dövlət Neft Fondunun vəsaitlərinin transfertində yalnız agent rolunu oynayır və bu prosesi fiskal adlandırmaq olar".

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti