...

İşğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən mobil baza stansiyalarının sayı açıqlandı

İqtisadiyyat Materials 6 Dekabr 2021 16:22 (UTC +04:00)
İşğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən mobil baza stansiyalarının sayı açıqlandı

Bakı. Humay Ağacanova - Trend:

İşğaldan azad edilmiş ərazilərdə 92 ədəd mobil baza stansiyası fəaliyyət göstərir. Ərazilərin 72 faizi 2G şəbəkəsi ilə, 52 faizi 4G şəbəkəsi ilə təmin edilib.

Trend-in məlumatına görə, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müşaviri Rəşad Həsənov Şamaxıda keçirilən "İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları adlı elmi-praktiki konfrans" da çıxışı zamanı deyib.

O bildirib ki, həmin ərazilərdə televiziya və radio yayımının müvəqqəti bərpası artıq yerinə yetirilib. Bu yaxınlarda Prezident İlham Əliyev Şuşada 130 metrlik radio qülləsinin əsasını qoyub. Bu da xüsusi bir xarakter daşıyır.

R.Həsənov, həmçinin bildirib ki, İKT və innovasiyaların işğaldan azad edilmiş ərazilərdə tətbiqi mühüm əhəmiyyət kəsb edir.

"Bu istiqamətdə ilk növbədə ictimai inam faktorunu qeyd etmək istəyirəm. Azərbaycan ötən il möhtəşəm zəfər əldə etdi, qısa müddət ərzində mobil rabitə operatorları işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başladılar. Bu cəmiyyətdə ictimai inam yaratmaq, bölgədə sabitliyin, həmçinin yeni reallıqların təminatında mühüm rol oynayır", - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti