Bakı. Trend:
Hesab.az onlayn xidmətlər platforması və Mastercard-ın hər kəs üçün sərfəli cashback kampaniyası qazandırmağa davam edir.
Kampaniyada iştirak edən istifadəçilər 3 ay boyunca Hesab.az və Mastercard-dan cashback əldə edəcəklər. Bütün istifadəçilər kampaniyaya 2 müxtəlif Təkrarlanan Avtomatik ödəniş ilə qatılırlar. Bu zaman iştirakçılar hər ödənişdən 7 AZN, ümumilikdə isə 14 AZN cashback qazanırlar. Kampaniyaya aşağıdakı qaydada qatılmaq mümkündür:
- İlk öncə Mastercard və ya Maestro kartını “Kartlarım” bölməsində Masterpass altında yadda saxlamaq;
- Daha sonra “Avtomatik ödənişlər” bölməsində kommunal, mobil, internet, kabel TV, stasionar telefon, mağaza kreditləri və ya bank xidmətləri üzrə Avtomatik ödəniş daxil etmək;
- Avtomatik ödənişi qrafik və ya borc üzrə təkrarlanan formada təyin etmək və ödəniş üsulu olaraq Masterpass kartını seçmək;
- Ödənişin minimum 10 AZN məbləğində olmasından əmin olmaq.
Qeyd edək ki, kampaniya şərtlərinə uyğun Avtomatik ödəniş daxil edən iştirakçıların cashback-i hər ödənişdən sonra Hesab.az-da Koin hesablarına anında köçürüləcəkdir.
Kampaniya haqqında daha ətraflı: https://bit.ly/3qntSKa
Avtomatik ödənişin necə əlavə edilməsini bilmək üçün: https://bit.ly/3zUvCha
GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti və kampaniya haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın rəsmi sosial media səhifələrindən əldə etmək olar.