...

ABŞ-da yanvarda illik inflyasiya 7,5 faizə qədər artıb

İqtisadiyyat Materials 10 Fevral 2022 23:52 (UTC +04:00)
ABŞ-da yanvarda illik inflyasiya 7,5 faizə qədər artıb

Bakı. Trend:

ABŞ-da illik inflyasiya yanvar ayında son 40 ilin ən yüksək tempi ilə yüksəlib və 2021-ci ilin anoloji dövrü ilə müqayisədə 7,5 faiz artıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Əmək Nazirliyindən bildiriblər.

Məlumata əsasən, aylıq ifadədə istehlak qiymətləri 0,6 faiz artıb.

Qeyd edək ki, ekspertlər illik inflyasiyanın 7,3 faiz olacağını gözləyirdilər.

Xatırladaq ki, dekabr ayında ABŞ-da illik inflyasiya 7 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti