...

Dünya bazarında ərzaq qiymətləri rekord həddə çatıb

İqtisadiyyat Materials 5 Mart 2022 00:58 (UTC +04:00)
Dünya bazarında ərzaq qiymətləri rekord həddə çatıb

Bakı. Trend:

Fevral ayında dünya bazarında ərzaq qiymətləri yenidən artaraq rekord həddə çatıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) yayıb.

Qeyd olunur ki, qarğıdalının dünya bazarında qiyməti 5,1 faiz, buğdanın qiyməti isə 2,1 faiz bahalaşıb. Bu əsasən Qara dəniz limanlarından beynəlxalq bazarlara tədarüklə bağlı qeyri-müəyyənlik səbəbindən baş verib.

Ən çox artım bitki yağları və süd məhsullarının qiymətlərində müşahidə olunub. Ərzaq məhsullarının bahalaşması onun istehsalı ilə bağlı amillərlə deyil, gübrə və yem istehsalının qiymətlərinin bahalaşmasına gətirib çıxaran enerji sektorundakı vəziyyətlə əlaqələndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti