...

Novruz yarmarkasında qiymətlər necədir? (SİYAHI) (FOTO)

İqtisadiyyat Materials 14 Mart 2022 12:26 (UTC +04:00)
Novruz yarmarkasında qiymətlər necədir? (SİYAHI) (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Novruz bayramı ilə əlaqədar 12-19 mart tarixlərində “Kənddən şəhərə” yarmarkaları təşkil olunub.

Bakı və Abşeron ərazisində üç fərqli ünvanda keçirilən yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd təsərrüfatı məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla qarşılamaq və yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı təşkil etməkdir.

"Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Qalib Bəhramov Trend-ə bildirib ki, bu yarmarkalarda satışa çıxarılan məhsullar müxtəlif regionlarda fəaliyyət göstərən və iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən alıcılara təqdim olunur:

"Bu gün yarmarkanın üçüncü günüdür. Yarmarkalar mart ayının 19-na qədər hər gün səhər saat 9.00-dan axşam saat 19.00-a qədər davam edir. “Kənddən şəhərə” Novruz yarmarkalarında 50-ə yaxın regiondan 100-dən artıq fermer 50-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirir. Satışa çıxarılan məhsulların qiyməti fermerlər tərəfindən müəyyən olunur. Yarmarkada əsas üstünlük çərəz məhsullarına verilib. Bu məhsullara tələbat daha çoxdur. Alıcılıq qabiliyyəti yüksəkdir", - deyə Q.Bəhramov bildirib.

Yarmarkalarda satışa çıxarılan bəzi məhsulların qiymətlərini təqdim edirik:

ləpə fındıq 11-16 manat,

sarı kişmiş 6-14 manat,

qara kişmiş 8-15 manat,

qaysı 9,5-17 manat,

kənd toyuğu 3-10 manat,

düyü 2-5 manat,

səməni 1-18 manat,

dana əti 9,50 manat,

qaz əti 10 manat,

hinduşka 13-15 manat

Qeyd edək ki, “Kənddən şəhərə” Novruz yarmarkası aşağıdakı ünvanlarda fəaliyyət göstərir:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

Foto - Zaur Mustafayev

Twitter:@FaridZohrabov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti