...

FED uçot dərəcəsini illik 0,25-0,50 faizə qədər artırıb

İqtisadiyyat Materials 16 Mart 2022 22:34 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın mərkəzi bankı fuksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsini 25 baza bəndi artıraraq illik 0,25-0,50 faizə qədər çatdırıb.

Trend xəbər verir ki, bu barədə tənzimləyicinin rəhbərliyin iclasının yekunlarına dair məlumatında deyilir.

Qeyd edək ki, sonuncu dəfə baza faiz dərəcəsinin artımı 2018-ci ilin dekabrında olub və o vaxtdan bəri baza faiz dərəcəsi yalnız azaldılıb.

Son iki il ərzində FED-in uçot dərəcəsi illik 0-0,25% diapazonunda olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti