...

Misir aviaşirkəti bu gündən Azərbaycana uçuşları bərpa edir

İqtisadiyyat Materials 18 Mart 2022 14:23 (UTC +04:00)
Misir aviaşirkəti bu gündən Azərbaycana uçuşları bərpa edir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Misirin "Air Cairo" aviaşirkəti martın 18-dən etibarən Azərbaycan uçuşları bərpa edir.

Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Məlumata əsasən, uçuşlar Şarm-əş-Şeyx-Bakı-Şarm-əş-Şeyx marşrutu ilə həyata keçiriləcək.

Qeyd olunur ki, uçuşlar həftədə bir dəfə, cümə günləri baş tutacaq.

Şarm-əş-Şeyxdən təyyarə saat 16:00-da yola düşəcək və 22:00-da Bakıya çatacaq. Əks istiqamətdə saat 23:00-da Bakıdan yola düşən təyyarə 01:00-da Şarm-əş-Şeyxə çatacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti