...

Hesab.az-da 2-QAT Novruz sevinci!

İqtisadiyyat Materials 19 Mart 2022 15:05 (UTC +04:00)
Hesab.az-da 2-QAT Novruz sevinci!

Bakı. Trend:

Ölkənin ilk onlayn xidmətlər platforması, Goldenpay/Hesab.az, istifadəçilərini sevinc və bərəkət rəmzi olan Novruz bayramında hədiyyəsiz qoymayacaq. Belə ki, Hesab.az-ın bütün istifadəçiləri 19 Mart tarixində başlayan Novruz kampaniyasında iştirak edəcəklər.

Bayram kampaniyasına əsasən, Hesab.az-da ödəniş edən Hesab Koin istifadəçiləri 2-QAT Koin, Bonus istifadəçiləri isə Bonusla yanaşı olaraq, həm də Hesab Koin qazanacaqlar. Qeyd edək ki, hədiyyə Hesab.az üzərində qeydiyyatlı şəkildə edilən bütün ödənişlərə aiddir. Qazandıran kampaniya 31 Mart tarixinədək davam edəcək.

Məlumat üçün bildirək ki, Koinlər və Bonuslar Hesab.az-ın istifadəçilərinə tədqim olunan loyallıq proqramına daxildir. Hesab.az-da qeydiyyatdan keçən bütün istifadəçilərə ödəniş əvəzində Hesab Koin, yaxud Bonus toplamaq seçimi təklif olunur. Hesab Koin toplayan istifadəçilər onları hədiyyə və endirimlərə dəyişir, yaxud AZN-ə dəyişməklə ödənişlər zamanı istifadə edirlər. Məlumat üçün bildirək ki, Hesab Koinləri hazırda müxtəlif texniki avadanlıq və aksesuarlara dəyişmək mümkündür. Bonus toplayan istifadəçilər isə, onları sərfəli kampaniyalardan yararlanmaq üçün istifadə edirlər.

GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti və kampaniya haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın rəsmi sosial media səhifələrindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti