...

Azərbaycanda bu mənzillərin vahid informasiya bazası yaradılacaq

İqtisadiyyat Materials 6 Aprel 2022 16:07 (UTC +04:00)
Azərbaycanda bu mənzillərin vahid informasiya bazası yaradılacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda tikilməkdə olan və ya tikilmiş və istismara qəbul edilməmiş çoxmənzilli binalarda mənzillərə dair verilmiş hüquqmüəyyənedici sənədlərin vahid informasiya bazasının yaradılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bu barədə məsələ Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nı üzrə Tədbirlər Planında əksini tapıb.

Fəaliyyət planında bu istiqamətdə daşınmaz əmlakın təminat qeydinin aparılması mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Vahid informasiya bazasının yaradılması, daşınmaz əmlakın təminat qeydinin aparılması mexanizmlərinin təkmilləşdirilməsi üçün təkliflərin toplanılması İqtisadiyyat Nazirliyinə tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti