...

Yararsız ət satanlara qarşı tədbirlər gücləndirilməlidir - Komitə sədri

İqtisadiyyat Materials 12 Aprel 2022 12:10 (UTC +04:00)
Yararsız ət satanlara qarşı tədbirlər gücləndirilməlidir - Komitə sədri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda yararsız heyvan əti satanlara qarşı tədbirlər gücləndirilməlidir. Trend-in məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentdə “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, son illər bu istiqamətdə ciddi tədbirlər görülür. “1000-dən çox sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb, 10-dan çox insan cinayət məsuliyyətinə cəlb edilib”, - deyə o bildirib.

T.Rzayev əlavə edib ki, öz ciblərini qida təhlükəsizliyi və insanların sağlamlığından üstün tutanlara qarşı ciddi tədbirlər görülməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti