...

İri şirkətlər Twitter-i almaq üçün İlon Maska maliyyə verməkdən imtina edirl'r

İqtisadiyyat Materials 21 Aprel 2022 05:14 (UTC +04:00)
İri şirkətlər Twitter-i almaq üçün İlon Maska maliyyə verməkdən imtina edirl'r

Bakı. Trend:

İlon Mask "Twitter"-i almaq üçün bir neçə böyük şirkətdən maliyyə cəlb etmək niyyətindədir.

Trend xəbər verir ki, bu barədə "Financial Times" agentliyi yazır.

Bununla belə, Blackstone Group, Vista Equity Partners və Brookfield Asset Management kimi nəhəng investisiya qrupları satınalma üçün maliyyə təqdim etməkdən imtina edib. Şirkətlər "Twitter"-in daha gəlirli sosial şəbəkəyə çevrilə bilməyəcəyindən ehtiyat edirlər.

"Twitter"-i almaq niyyətində olan istənilən şəxs sövdələşməni tamamlamaq üçün 20 milyard dollardan artıq vəsait xərcləməlidir. Maliyyələşdirmənin qalan hissəsi kreditlər və ya açıq şəkildə satılan səhmlərini özəl şirkətdəki paya dəyişdirəcək investorların iştirakından əldə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti