...

Moody's qlobal inflyasiyanın 2022-ci ildə yüksək səviyyədə qalacağını proqnozlaşdırır

İqtisadiyyat Materials 26 Aprel 2022 06:20 (UTC +04:00)
Moody's qlobal inflyasiyanın 2022-ci ildə yüksək səviyyədə qalacağını proqnozlaşdırır

Bakı. Trend:

Moody's Beynəlxalq reytinq agentliyi 2022-ci ildə qlobal inflyasiyanın yüksək və 2023-cü ilin ikinci yarısında orta səviyyədə qalacağını bildirib.

Trend xəbər verir ki, agentlik Ukraynadakı böhran nəticəsində artan ərzaq və yanacaq qiymətləri, tədarük zəncirinin pozulması səbəbindən inflyasiya təsirləri özünü daha qabarıq büruzə verəcəyini və gözlənildiyindən daha uzun sürəcəyini təxmin edir.

İnkişaf etmiş ölkələrdə əməyin dəyərinin və inflyasiya gözləntilərinin artmasının risklərin çoxaldığına təsir etdiyini vurğulayan agentlik, daim artan inflyasiyanın, xüsusən də iqtisadi ləngimə və yüksək faiz dərəcələri dövründə ölkələrə mənfi təsir göstərəcəyini proqnozlaşdırır.

“Biz qlobal inflyasiyanın 2022-ci ildə yüksək, 2023-cü ilin ikinci yarısında isə mülayim qalacağını gözləyirik, inflyasiya riskləri yüksələn xətt üzrə davam edəcək”, - agentliyin açıqlamasında bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti