Bakı. Trend:
2022-ci ilin martında Türkiyənin xarici ticarət dövriyyəsi 53,587 milyard dollar təşkil edib.
Trend-in Turkic.World-a istinadən məlumatına görə, bu barədə ölkənin Ticarət Nazirliyindən bildiriblər.
Mart ayında Türkiyənin ixracı ötən ilin martı ilə müqayisədə 19,8 faiz artaraq 22,709 milyard dollara, idxalı isə 30,7 faiz artaraq 30,878 milyard dollara çatıb.
Eyni zamanda, Türkiyənin 2022-ci ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 146,808 milyard dollar təşkil edib.
Hesabat dövründə Türkiyənin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz artaraq 60,201 milyard dollara, idxalı isə 42 faiz artaraq 86,607 milyard dollara çatıb.
Qeyd edək ki, 2021-ci ildə Türkiyənin xarici ticarət dövriyyəsi 496,715 milyard dollar, ixracı 225,291 milyard dollar, idxalı 271,424 milyard dollar təşkil etmişdi.
(Tərcümə: Orxan Nəbiyev)