...

Azərbaycan və BƏƏ bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üzərində işləyir - Nazir

İqtisadiyyat Materials 20 May 2022 11:24
Azərbaycan və BƏƏ bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üzərində işləyir - Nazir

Trend-i buradan izləyin

Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə intensiv danışıqlar aparır.

Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov ərəb KİV-lərinə müsahibəsində deyib.

"Biz həm Azərbaycanda, həm də BƏƏ-də əməkdaşlıq və birgə investisiya imkanlarını müzakirə edirik. Bir müddət əvvəl 230 meqavatt gücündə yeni günəş elektrik stansiyasının təməli qoyulub. Bu, bərpa olunan enerji sahəsində Azərbaycanda 100 faiz BƏƏ-nin investisiyaları ilə icra olunan ilk sənaye layihəsidir. Bizim bu baxımdan ambisiyalı planlarımız var və biz bu uğurlu əməkdaşlığı davam etdirmək niyyətindəyik", - nazir deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti