...

Bolqarıstanın baş naziri öncəki hökuməti Azərbaycanla qaz sazişini yerinə yetirməməkdə ittiham edib

İqtisadiyyat Materials 21 May 2022 18:30 (UTC +04:00)

Bakı. Trend:

Anlaşılmaz səbəblərdən öncəki Bolqarıstan hökuməti Azərbaycan qazını tam həcmdə almaqdan imtina edib.

Trend xəbər verir ki, bu barədə Bolqarıstanın baş naziri Kiril Petkov Almaniyanın "Frankfurter Allgemeine Zeitung" nəşri üçün məqaləsində yazıb.

Bolqarıstan və Azərbaycan “Şahdəniz-2” yatağından bir milyard kubmetr qazın tədarükünə dair müqavilə imzalayıb. Müqaviləyə əsasən, Bolqarıstan Azərbaycan qazını Yunanıstanla interkonnektor (IGB) vasitəsilə tam həcmdə almalı idi. Lakin interkonnektorun vaxtında tikilib istifadəyə verilməsi mümkün olmadığından Azərbaycan qazının alternativ marşrutla müvəqqəti olaraq Bolqarıstana tədarükünə qərar verilib. Buna baxmayaraq, il ərzində müqavilə üzrə nəzərdə tutulan həcmin yalnız üçdə biri bu marşrutla çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti