Bakı. Trend:
Bu ilin yayında Azərbaycanda "Google Pay" təmassız ödəniş sistemi işə düşəcək.
Bunu Trend-ə müsahibəsində "Paşa Bank"ın İdarə heyətinin üzvü Cəlal Orucov deyib.
Onun sözlərinə görə, bu, alış-verişi "Android" platformalı mobil qurğular vasitəsilə həyata keçirməyə imkan verəcək.
"Bu cür həllərin tətbiq olunması bizə uzunmüddətli perspektivdə faktiki olaraq plastik kartlardan tam imtina etməyə imkan verəcək", - C.Orucov deyib.
Xatırladaq ki, ötən ilin noyabrında Azərbaycanda "Apple Pay" təmassız ödəniş sistemi işə salınmışdı.
(Tərcümə: Orxan Nəbiyev)