...

Azərbaycanda qeyri-neft üzrə ixrac artıb

İqtisadiyyat Materials 31 May 2022 14:35 (UTC +04:00)
Azərbaycanda qeyri-neft üzrə ixrac artıb

Trend-i buradan izləyin

Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ixracı 11,8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 965,5 mln. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 268,6 mln. ABŞ dolları və ya 38,5% artıb.

Trend xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilib.

Məlumata görə, 2022-ci ilin yanvar-aprel ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 23,6% artaraq 162,6 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9,9 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 90,6%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 53,3%, pambıq iplik ixracı 19,8%, pambıq lifi ixracı isə 6,8% artıb.

2022-ci ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (102,5 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid (68,2 milyon ABŞ dolları) ikinci, tomat (pomidor) (58,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2022-ci ilin yanvar-aprel ayları ərzində Türkiyəyə 333,7 milyon ABŞ dolları, Rusiya Federasiyasına 191,7 milyon ABŞ dolları, Gürcüstana 61 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 51 milyon ABŞ dolları və ABŞ-a isə 39,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti