...

Türkiyə elektrik avadanlıqları ixracını artırıb

İqtisadiyyat Materials 7 İyun 2022 15:30 (UTC +04:00)

Bakı. Trend:

2022-ci ilin yanvar-may aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artaraq 6 milyard dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin may ayında Türkiyə 1 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 2,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 14,6 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti