Bakı. Trend:
Postpandemiya dövründə Azərbaycan iqtisadiyyatı nəzərdə tutulandan daha tez bərpa olunub.
Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə çıxışı zaman deyib.
Nazir bildirib ki, 2021-ci ilin mənzərəsinə baxsaq, deyə bilərik ki, 2020-ci ildə itirilən iqtisadi artım bərpa edilib və daha tez müsbət iqtisadi artım məcrasına bərpa təmin edilib.
S.Şərifov bildirib ki, Azərbaycanın neft gəlirləri artıb. “Eyni zamanda qeyri-neft gəlirləri də nəzərdə tutulandan daha çox artıb ki, bu da çox müsbət amildir. Xarici dövlət borcu da azalıb. Büdcə xərclərinin sosial yönümlülüyü qorunub”,- nazir deyib.