Bakı. Trend:
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri ABŞ-a işgüzar səfər çərçivəsində Nyu-Yorkda yerləşən Türk evində olublar.
KOBİA-dan Trend-ə verilən məlumata görə, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Türkiyənin Nyu-Yorkdakı Baş konsulu Reyhan Özgür arasında keçirilmiş görüşdə Azərbaycan və ABŞ-da fəaliyyət göstərən Türkiyə iş adamları arasında əməkdaşlıq imkanlarına, bu sahədə konsulluğun dəstəyinə dair fikir mübadiləsi aparılıb.