Bakı. Trend:
Azərbaycan İnvestisiya Şirkəti və İsrailin aparıcı qlobal kapital kraudfandinq platforması olan OurCrowd şirkəti arasında investisiya müqaviləsi imzalanıb.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
Sənədə əsasən Azərbaycan İnvestisiya Şirkəti Azərbaycan iqtisadiyyatına töhfə verə biləcək bu şirkətin startaplarına investisiya yatıracaq.