...

Azərbaycanda hotellərin doluluq faizi açıqlanıb

İqtisadiyyat Materials 2 Avqust 2022 09:15 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Azərbaycanda hotellərin doluluq səviyyəsi yüksəkdir.

Bunu Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi Trend-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, xaricə gedib istirahət etmək baha başa gəldiyindən bir çox insan dincəlmək üçün regionlarımıza üz tutub.

"Bu səbəblərdən dolayı ölkəmizdə hotellərin fəaliyyəti canlanıb. Hazırki vəziyyət keçən ilə nisbətən daha yaxşıdır. Bu ilin altı ayının statistikasına baxsaq hotellərin gəlirləri 63% artıb. Hotellərdə yerləşdirilən əcnəbilərin 79,9%-i Bakı hotellərində yerləşdirilib, qalanı isə region hotellərinin payına düşür. Pandemiya ilə əlaqədar tətbiq edilən sərt karantin qaydaları yumşaldıqdan sonra turizm dirçəlməyə başlayıb.Hazırda regionlardakı 4-5 ulduzlu hotellərdə doluluq 80-90% ,Bakıdakı hotellərdə isə ortalama 70-80% arası təşkil edir",- S.Dübəndi qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti