...

Hesab.az-da 3-QAT qazanc fürsəti

İqtisadiyyat Materials 10 Avqust 2022 11:38 (UTC +04:00)
Hesab.az-da 3-QAT qazanc fürsəti

Trend-i buradan izləyin

Bakı. Trend:

Hesab.az, 10-31 Avqust tarixlərində bütün istifadəçilərinə Hesab Koin qazandıracaq.

Ölkənin ilk onlayn xidmətlər platforması, Goldenpay/Hesab.az, həm çox sevindirən, həm də çox sərfəli kampaniyaya start verir. Kampaniya şərtlərinə əsasən, Hesab.az-da kommunal, telefon, kabel TV və internet ödənişləri üzrə ümumilikdə 100 AZN və üzəri ödəniş edən istifadəçilər iştirak edəcəklər.

Hesab.az-ın “Qazananlar Klubu” loyallıq proqramına əsasən, Hesab Koin toplayan istifadəçilər hədiyyə olaraq 3-QAT Koin, Bonus toplayan istifadəçilər isə, Bonus və 2-QAT Koin əldə edəcəklər. İstifadəçilər qeyd olunan bölmələrin hər hansı biri üzrə, yaxud ümumilikdə 100 AZN və üzəri ödəniş etdikdə hədiyyə Koinlər onların balansına avtomatik şəkildə köçürüləcəkdir. Kampaniya haqqında daha ətraflı.

Məlumat üçün bildirək ki, Hesab.az-da qeydiyyatdan keçən bütün istifadəçilər “Qazananlar Klubu” loyallıq proqramına daxil olur və onlara ödəniş əvəzində Hesab Koin, yaxud Bonus toplamaq seçimi təklif olunur. İstifadəçilər bir seçimdən digərinə keçid edə və ondan faydalana bilərlər. Hesab Koin toplayan istifadəçilər onları hədiyyə və endirimlər üçün istifadə edir, yaxud AZN-ə dəyişərək müxtəlif ödənişlər həyata keçirirlər. Bonus toplayan istifadəçilər isə, onları sərfəli kampaniyalara dəyişirlər.

Qazananlar klubu haqqında daha ətraflı.

İstifadəçilərini hər zaman xüsusi kampaniyalarla sevindirən GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın Facebook, İnstagram səhifələrindən əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti