...

Azərbaycanın avtomobil bazarında Çin Rusiyanın yerini tutmağa başlayıb

İqtisadiyyat Materials 12 Avqust 2022 09:28 (UTC +04:00)
Azərbaycanın avtomobil bazarında Çin Rusiyanın yerini tutmağa başlayıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Avtomobil bazarında Rusiya avtomobillərinin yerini Çin istehsalı olan avtomobillər tutmağa başlayıb.

Bu barədə Trend-ə nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, Rusiya avtomobilləri komfortuna görə, digər ölkələrin istehsal etdiyi avtomobillərə uduzur.

"Lakin Azərbaycanın bölgələrində Rusiya istehsalı olan avtomobillərə hələ də tələbat yüksəkdir. Bölgələrdə Rusiya istehsalı olan avtomobillərə tələbatın yüksək olmasının əsas səbəbləri həmin avtomobillərin təmir məntəqələrinin mövcudluğu və ehtiyyat hissələrinin ucuz olmasıdır".

Ekspert qeyd edib ki, bütün bunlara baxmayaraq Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyanın avtomobil sənayesi demək olar ki, çöküb.

"Hazırda Rusiya ixrac üçün avtomobil istehsal etmir və bu ölkənin istehsal etdiyi avtomobillər xarici bazarlardakı mövqeyini itirib. Bunu ölkəmizin avtomobil bazarında da müşahidə etmək olar",- deyə E.Cəfərov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti