...

Türkiyə Prezidenti MÜSİAD Azərbaycan üzvlərini mükafatlandırıb (FOTO)

İqtisadiyyat Materials 29 Avqust 2022 17:03 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycan üzvlərini mükafatlandırıb.

Bu barədə Trend-ə MÜSİAD-dan daxil olan məlumatda bildirilib.

Məlumata əsasən, Prezident Ərdoğan dünyanın ən yaxşı 250 podratçısı arasında yer alan, MÜSİAD Azərbaycan üzvü “Bayburt Grup”u və "Pro yapı" şirkətini mükafatlandırıb.

Qeyd edək ki, “Bayburt Grup” tam olaraq səkkizinci dəfə dünyanın ən yaxşı şirkətləri arasında yer alıb.

Bundan əlavə, "Pro" Tikinti mühəndisləri və konsaltinq şirkəti də podratçı işlər üzrə xidmətlərə görə ən uğurlu şirkətlər arasında yer alır.

Məlumat üçün qeyd edək ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti