Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda kiçik və orta müəssisələrin ticari maliyyələşdirilməsinin genişləndirilməsi barədə saziş imzalayıb.
Trend bu barədə banka istinadən məlumat verir.
Sənəd AYİB prezidenti Odil Reno-Bassonun Azərbaycana səfəri çərçivəsində imzalanıb.
Qeyd olunub ki, AYİB "Bank Respublika" ilə birgə ölkənin xarici ticarətini təşviq edir.
(Tərcümə: Orxan Nəbiyev)