...

“Azərbaycan Sənaye Korporasiyası” ASC alüminium sənayesinin inkişafı istiqamətində mühüm addımlara imza atır

İqtisadiyyat Materials 20 Sentyabr 2022 11:39 (UTC +04:00)
“Azərbaycan Sənaye Korporasiyası” ASC alüminium sənayesinin inkişafı istiqamətində mühüm addımlara imza atır

Trend-i buradan izləyin

Bakı. Trend:

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin qarşısında duran əsas tapşırıqlardan biri alüminium sənayesinin yerli xammal və materiallarla təzhicatının təmin edilməsi, idxaldan asılılığı azaltmaq məqsədilə tədqiqatların aparılması, müvafiq əsaslandırmaların hazırlanması, yeni texnologiyaların araşdırılması, sınaqların təşkili və bu kimi digər işlərin həyata keçirilməsidir. Bu məqsədlə Daşkəsən rayonunda yerləşən Zəylik alunit mədənində mineral resursların araşdırılması, miqdarının qiymətləndirilməsi, müasir zənginləşdirmə texnologiyasından istifadə etməklə alunitin əldə edilməsi və daha sonra növbəti proseslərin icrası üzrə tender keçirilmişdir.

Tenderin nəticələrinə uyğun olaraq 1-ci faza üzrə ərazidə geoloji işlərin aparılması, mədəndəki resursların miqdarının təsdiqlənməsi, ərazi üzrə alunitin paylanmasının müəyyənləşdirilməsi və bu qəbildən olan əsas işlərin icrası üçün Böyük Britaniyanın “Micon International Co Limited” şirkəti ilə müqavilə imzalanmışdır. Qeyd olunan şirkətin nəzarəti və birbaşa iştirakı ilə mədəndə 12 yeni quyu qazılmış və həmin quyulardan nümunələr götürülərək “ALS” (Australian Laboratory Service) şirkətinin Türkiyə və İrlandiya Respublikalarında fəaliyyət göstərən laboratoriya mərkəzlərinə göndərilmişdir.

Bununla yanaşı, “Micon” şirkəti tərəfindən ərazinin 3D modeli hazırlanmışdır. Həmin modeldə quyuların yerləşməsi, ərazi üzrə coğrafi və geoloji məlumatlar, o cümlədən, alunitin ərazidə paylanma xəritəsi əks olunmuşdur.

“Micon” şirkəti tərəfindən müasir metodlardan istifadə edilərək aparılan hesablamalara əsasən mineral resursların miqdarının 146,2 milyon ton olduğu müəyyən edilmişdir. Həmin miqdarın 42,1%-i və ya 61,6 milyon tonunu alunit resursu təşkil edir.

Qeyd olunmalıdır ki, mineral resursların həcminin qiymətləndirilməsi üzrə həyata keçirilən işlər mədənçilik üzrə beynəlxalq kodeks olan “JORC Code (2012)”-a əsasən aparılmışdır. “JORC Code” ehtiyatların hesablanması, nəticələrin qiymətləndirilməsi, hesabatlılığın hazırlanması üzrə Avstraliyada yaradılan, lakin bütün dünyada tətbiq edilən və qəbul olunan əsas mədənçilik kodekslərindən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti