Bakı. Trend:
Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin məqsədləri, prinsipləri və əsas istiqamətləri yeni qanunla müəyyən edilir.
Trend-in məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsinə əsasən, Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin əsas məqsədləri aşağıdakılardır:
mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli
şəraitin yaradılması;
mikro, kiçik və orta sahibkarlıq subyektlərinin
rəqabətqabiliyyətliliyinin artırılması;
mikro, kiçik və orta sahibkarlıq subyektlərinin investisiya və
innovasiya fəallığının stimullaşdırılması;
mikro, kiçik və orta sahibkarlığın davamlı inkişafının təmin
edilməsi;
mikro, kiçik və orta sahibkarlıq subyektlərinin istehsal etdikləri
malların (gördükləri işlərin, göstərdikləri xidmətlərin), onların
intellektual fəaliyyətinin nəticələrinin daxili və xarici bazarlara
çıxmasına kömək edilməsi;
vətəndaşların sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi yolu ilə
əhalinin məşğulluğunun təmin edilməsi və özünüməşğulluğun
inkişafı;
ümumi daxili məhsulun həcmində və qeyri-neft ixracında mikro, kiçik
və orta sahibkarlıq subyektlərinin payının artırılması.
Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın
inkişafı üzrə dövlət siyasətinin prinsipləri aşağıdakılardır:
sahibkarlıq fəaliyyətinin tənzimlənməsinə dair normativ hüquqi
aktların layihələrinin mikro, kiçik və orta sahibkarlıq
subyektlərinin sahibkarlıq fəaliyyətinə mümkün təsirinin
qiymətləndirilməsi;
mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən
xidmətlərin və dövlət dəstəyinin səmərəliliyinin artırılması;
mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək
infrastrukturunun bütün mikro, kiçik və orta sahibkarlıq
subyektləri üçün əlçatanlığı;
dövlət, regional, yerli, həmçinin iqtisadiyyatın prioritet sahələri
üzrə inkişaf proqramlarında iştirak və dövlət dəstəyinin alınması
ilə bağlı mikro, kiçik və orta sahibkarlıq subyektlərinə bərabər
imkanların yaradılması;
dövlət dəstəyinin göstərilməsi prosedurlarının açıqlığı və
şəffaflığı;
dövlət dəstəyi mexanizmlərinin haqsız rəqabət haqqında
qanunvericiliyə uyğun olaraq formalaşdırılması.