...

Azərbaycanın xarici ticarət dövriyyəsi artıb

İqtisadiyyat Materials 18 Oktyabr 2022 11:26 (UTC +04:00)
Azərbaycanın xarici ticarət dövriyyəsi artıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 39,8 milyard ABŞ dolları olub ki, bu da 2021-ci ilin eyni dövrünə nisbətən 74% çoxdur.

Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xarici ticarət dövriyyəsinin 29,5 milyard ABŞ dolları ixracın, 10,3 milyard ABŞ dolları isə idxalın payına düşüb. Müvafiq olaraq son 1 ildə ixrac 2 dəfə, idxal isə 23,4 % artıb.

Xarici ticarətdə müsbət saldo isə 3 dəfə artaraq 19,2 milyard ABŞ dollarına bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti