Bakı. Trend:
Hesab.az onlayn xidmətlər platforması və Mastercard şirkəti istifadəçilərini cashback kampaniyası ilə qazandırır!
Belə ki, GoldenPay/Hesab.az şirkətinin May ayında başlatdığı cashback kampaniyasında 9 000-dən çox istifadəçi ödəniş həyata keçirmiş və qalib olmuşdur. Kampaniya iştirakçıları hər ödəniş qarşılığında cashback əldə ediblər. Qeyd edək ki, şərtlərə əsasən, Masterpass ilə 10 AZN və üzəri ödəniş edən bütün istifadəçilər hər ödənişdən 1 AZN cashback qazanacaqlar.
Məlumat üçün bildirək ki, kampaniyada ilk 10 000 istifadəçi iştirak edəcək. Hər istifadəçi kampaniyaya ümumilikdə 2 müxtəlif ödəniş ilə qatıla bilər. Həmçinin, bir Abunə koduna edilən sadəcə bir ödəniş kampaniyada iştirak edəcəkdir.
Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin və digər xidmətlərin ödənişi artıq daha sərfəlidir! Kampaniyadan faydalanmaq və daha ətraflı məlumat əldə etmək istəyənlər qaydalarla buradan tanış ola bilər.
Hesab Koinlər haqqında daha ətraflı.
İstifadəçilərini hər zaman xüsusi kampaniyalarla sevindirən GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın Facebook, İnstagram səhifələrindən əldə etmək olar.