...

Azərbaycanda ÜDM-in həcmi bu ilin sonuna qədər ən yüksək göstəriciyə çata bilər - Mikayıl Cabbarov

İqtisadiyyat Materials 3 Noyabr 2022 11:56 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda dünyada mövcud olan neft və qaz qiymətləri ilin sonuna qədər davam edərsə, cari ilin sonuna Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) həcminin 130 milyard manata çatması gözlənilir və bu da Azərbaycan tarixində ən yüksək göstəricidir.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov noyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2023-cü ilin dövlət büdcəsi ilə bağlı müzakirələrdə deyib.

Nazir bildirib ki, Azərbaycanda ÜDM-də qeyr-neft sənayesinin payı artmaqdadır. Onun sözlərinə görə, ölkədə vergi daxilolmaları, məcburi dövlət sosial sığorta yığımları artıb.

M.Cabbarov qeyd edib ki, ölkədə inflyasiyanın səviyyəsinə dünya bazarında ərzaq məhsullarının qiymətində baş verən artım təsir edib. Onun sözlərinə görə, ötən illə müqayisədə cari ilin yanvar-avqust aylarında idxal qiymətləri 21 faizdən çox artıb. Nazir əlavə edib ki, cari ildə hökumət tərəfindən anti-inflyasiya tədbirləri həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti