...

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

İqtisadiyyat Materials 1 Dekabr 2022 17:42 (UTC +04:00)
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci il noyabrın 30-na olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 7,969 milyard dollar təşkil edib.

Trend bu barədə bu gün Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, bu göstərici ötən ayla müqayisədə 2,13 faiz və ya 166,2 milyon dollar çoxdur.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə valyuta ehtiyatları 13,54 faiz və ya 950,5 milyon dollar artıb.

Tənzimləyicinin məlumatına görə, 30 noyabr 2021-ci il tarixinə AMB-nin rəsmi valyuta ehtiyatları 7,018 milyard dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti