...

Büdcədən bu sahələrə ayrılan vəsait azaldılır

Cəmiyyət Materials 5 Dekabr 2022 13:01 (UTC +04:00)
Büdcədən bu sahələrə ayrılan vəsait azaldılır
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətlərlə bağlı xərclər azaldılır.

Trend-in məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bununla bağlı büdcəyə dəyişikliklər müzakirə edilib.

Dəyişikliyə əsasən, 2023-cü il dövlət büdcəsindən mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətlə bağlı xərclərin 1 milyon 100 min manat azaldılaraq, 561 milyon 709 min 598 manat olması proqnozlaşdırılır.

Ümumilikdə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 773 978,0 (+53 278,0) min manat, xərcləri 33 353 278,0 (+53 278,0) min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 30 016 998,0 (+53 278,0) min manat, yerli gəlirləri 756 980,0 min manat, mərkəzləşdirilmiş xərcləri 32 583 992,0 (+53 278,0) min manat, yerli xərcləri 769 286,0 min manat) məbləğində təsdiq edilir.

Müzakirələrdən sonra büdcə üçüncü oxunuşda plenar iclasa tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti