...

Daha 4 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsi verilib

İqtisadiyyat Materials 6 Dekabr 2022 15:29 (UTC +04:00)
Daha 4 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsi verilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 4 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 78-ə çatıb.

“Startap” şəhadətnamələri "VR Home" MMC-nin virtual reallığa əsaslanan onlayn platforma (marketpleys), "Probill" MMC-nin daşınmaz əmlak və yaşayış komplekslərinin idarə edilməsi üçün onlayn platforma, "Blokchain Academy" MMC-nin “Blokçeyn” texnologiyaları üzrə onlayn təlim və fərdi sahibkar Eyvaz Əhmədzadənin onlayn bilik yarışması layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti