...

İxtiraların və faydalı modellərin patentləşdirilməsi xərclərinin 50 faizini dövlət maliyyələşdirəcək - QƏRAR

İqtisadiyyat Materials 13 Dekabr 2022 11:12 (UTC +04:00)
İxtiraların və faydalı modellərin patentləşdirilməsi xərclərinin 50 faizini dövlət maliyyələşdirəcək - QƏRAR

Bakı. Trend:

İxtiraların və faydalı modellərin patentləşdirilməsi xərclərinin 50 faizi dövlət tərəfindən maliyyələşdiriləcək.

Trend xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı Qərar verib.

Qərara əsasən, təsdiq edilmiş Qaydada ixtiraçılıq fəaliyyətinin stimullaşdırılması, bu sahəyə dövlət dəstəyinin göstərilməsi və Azərbaycan vətəndaşları olan hüquq sahiblərinin Patent Əməkdaşlıq Sazişi (PCT) sistemindən istifadəsinə dair müddəalar əks olunmuş və PCT prosedurları çərçivəsində ixtiralara və faydalı modellərə görə verilən patentlərin ilk 3 il müddətində qüvvədə saxlanması ilə bağlı hüquq sahiblərinin çəkdikləri xərclərin 50 (əlli) faizinin dövlət tərəfindən maliyyələşdirilməsinin mexanizmiləri müəyyən edilmişdir.

Qərarın qəbul edilməsi ixtiraçılıq fəaliyyətinin stimullaşdırılmasına, Azərbaycan Respublikasının vətəndaşları olan hüquq sahibləri tərəfindən beynəlxalq qorunma sənədinin (patent) alınmasına öz müsbət təsirini göstərəcək və ölkənin mövqeyinin beynəlxalq reytinqlərdə yüksəldilməsinə xidmət edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti